Qadin.NET / Ermənistan parlamenti Qarabağa qarşı

Ermənistan parlamenti Qarabağa qarşı

Ermənistan parlamenti Qarabağa qarşı
Ermənistan parlamentinin  xarici əlaqələr üzrə daimi komissiyası Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı layihəni müzakirəyə göndərməkdən imtina edib. ANS PRESS-in məlumatına görə, layihənin lehinə yalnız “İrs” fraksiyasının nümayəndəsi Tevon Poqosyan, əleyhinə isə hakim Respublika Partiyasının üzvü Hamlet Artunyan səs verib.

Ermənistanın xarici işlərinin nazir müavini Şavarş Koçaryan  parlamentin xarici əlaqələr üzrə daimi komissiyanın iclasında bildirib ki, Dağlıq Qarabağın “tanınması” indiki məqamda məqsədəuyğun deyil.Layihə bir müddət əvvəl “İrs” partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqresi”ndən seçilən deputat Qrant Baqratyan tərəfindən irəli sürülüb.

Əvvəl Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması ilə bağlı qanun layihəsinin qəbul olunacağı bildirilsə də Ermənistan rəhbərliyi bunu təkzib edib. 

Ermənistanın baş nazirinin sözçüsü Qoar Poqosyan  mayın 5-də öz "Facebook" səhifəsində "Ermənistanın Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qanun layihəsini" Ermənistan hökumətinin bəyəndiyi barədə məlumatı təkzib edib. 

Mənbə: ANS PRESS

16 may 2016
GO BACK