Qadin.NET / Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında

Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında

Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında ilk onluqda yer alıb. ANS PRESS-in məlumatına görə, bu barədə Bonn International Center for Conversion (BICC) tədqiqat mərkəzinin "The Global Militarisation Index 2015" məlumat kitabçasında qeyd edilib.

Azərbaycan 10 ölkə arasında 8-ci yerdə qərarlaşıb. Onluğa Azərbaycanla yanaşıErmənistan da daxildir. 1000 ballıq sistem üzrə Azərbaycan 786,44, Ermənistan isə 835,79  xal alıb.İrəvan hərbiləşmənin səviyyəsinə görə 10 ölkə arasında 3-cü yerdə dayanır.  Birinci yerdə isə İsraildir. Cədvəldəki digər yerləri isəSinqapurİordaniyaKoreya RespublikasıRusiyaCənubi Kipr,KüveytYunanıstan bölüşdürür.

Hərbiləşmənin ən aşağı olduğu ölkələr isə İsveçİslandiya, Papua -Yeni QvineyaLiberiyaQambiyaKabo-VerdeSierra Leone,Trinidad və TobaqoAlbaniyaMaltadır

Hərbiləşdirmənin qlobal indeksi 0-dan 1000-ə qədər bal cədvəli ilə müəyyən edilib. Hesablama xüsusi kriteriyalar əsasında aparılıb. Statistika ÜDM, səhiyyə xərcləri, silahlı qüvvələrinin sayı və ağır silahların, ölkənin hərbi hissələri, əhalinin və ehtiyata olan hərbiçilərin sayı əsasında müəyyən edilib.Məsələn, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə hərbiyə digər sahələrdən çox pul ayırır.  Bu il aprelin 11-də "Global Firepower" analitik şirkəti dünyada ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələrinin adını 60-cı sırada qeyd edib. Ötən il isə siyahıda ölkəmizin adı 64-cü pillədə idi. 

9 milyondan artıq əhalisi olan Azərbaycanın müdafiə xərcləri 3 milyard dollardan çoxdur.

Ordumuzda tank sayı 314, hərbi təyyarə 127 ədəd kimi göstərilib. Ermənistanda isə 3 milyondan çox əhalinin müqabilində müdafiə xərcləri 225 milyon dollardır. Tank sayı 116, hərbi təyyarələr isə 63-dür. 

Mənbə: ANS PRESS

16 may 2016
GO BACK