Qadin.NET / Ukrayna "Eurovison-2017" ilə bağlı ruslara qadağa qoydu

Ukrayna "Eurovison-2017" ilə bağlı ruslara qadağa qoydu

Ukrayna "Eurovison-2017" ilə bağlı ruslara qadağa qoydu
Kiyevdə adları qara siyahıya düşən rus mədəniyyət xadimləri "Eurovision-2017" mahnı müsabiqəsində çıxış edə bilməyəcəklər. ANS PRESS-in məlumatına görə, bunu Ali Radanın deputatı Anton Geraşenko  "Qovorit Moskva" ("Danışır Moskva") radiostansiyasına müsahibəsi zamanı deyib.

Siyasətçinin sözlərinə görə,  müsabiqədə Krım və Donbassın işğal olunduğunu və bu hadisənin cinayət olduğunu başa düşən müğənnilər iştirak edə bilərlər. Geraşenko onu da əlavə edib ki, Rusiyanın təcavüzkar siyasətini dəstəkləməyən, Ukraynanın milli ləyaqətini təhqir etməyənlər yarışmaya maneəsiz qatılacaqlar. 

Ukrayna Mədəniyyət Nazirliyi 2015-ci ilin avqustunda mədəniyyət xadimlərinin "qara siyahısını" təqdim edib. Ona Oleq Qazmanovİosif Kobzon,İosif PriqojinNikita Mixalkov və s. daxil edilib. Həmin ilin dekabrında isə bu siyahı bir az da genişləndirilib. Oraya daha 43 müğənni əlavə edilib. Onlar arasında əcnəbilərdən "Limp Bizkit" pop qrupunun lideri Fred Derst və boksçuRoy Jon da var.

 

Mənbə: ANS PRESS

16 may 2016
GO BACK