Qadin.NET / Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Hesabat”ın qonağı olub

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Hesabat”ın qonağı olub

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Hesabat”ın qonağı olub
"Rusiya görür ki, Azərbaycan etibarlı partnyordur, ona inanmaq olar. Elə buna görə də bizim birbaşa əlaqələrimiz möhkəmlənir”.

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin sullarını cavablandırarkən deyib.

Son hadisələrdən sonra bəzi məqamların ortaya çıxdığını, Ermənistanın özündə Rusiyaya qarşı etirazların artdığını söyləyən səfir bütün bu baş verənlərin fonunda Moskvanın kimin daha etibarlı tərəfdaş olduğunu müşahidə etdiyini bildirdi. “Aprel hadisələri çox şeyi göstərdi, bəzi məqamlar özünü daha geniş büruzə verdi. Ermənistanda olan münasibətlər, İrəvanın özündə Rusiyaya qarşı etirazlar, rus səfirliyinə yumurta atmalar və s. Bunlar kiçik məsələlər deyil. Moskvada baxırlar, kim daha etibarlı dostdur, kimə daha çox etibar etmək olar”,- deyə Polad Bülbüloğlu son vəziyyəti şərh edərkən bildirdi.

Səfir aprel hadisələri zamanı dünya azərbaycanlılarının birliyindən, insanlarda olan vətənpərvərlik ruhundan da fəxrlə danışdı. Bildirdi ki, ölkəmizin Rusiyadakı səfirliyinə döyüşlər gedən ərəfədə zənglərin ardı-arası kəsilməyib. Hər kəs torpaqlarımız uğrunda döyüşməyə, orduya kömək etməyə hazır olduğunu səfirliyə yazdığı məktublarla bildirib.

Vladivostokdan Kalininqrada kimi nə qədər azərbaycanlı bizə könüllü olaraq orduya yazılmaq istəyi ilə müraciət etdi. Hər bir azərbaycanlıda böyük bir ruh oyanıb. Azərbaycan xalqı vətənpərvər xalqdır. Biz bu torpaqları azad edəcəyik. Torpaqlarımızı heç kimin əlində qoymayacağıq”, - deyə səfir fəxrlə xalqımızdakı döyüş ruhundan da danışıb.

Mənbə: ANS PRESS

16 may 2016
GO BACK