Milli.Az Azvision.Az-a istinadən bildirir ki, Camalanın ifa etdiyi "1944" adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir.
Camalanın qələbəsi Rusiya tərəfindən bimənalı qarşılanmayıb. Rusiyanın XİN rəsmisi Mariya Zaxarova sosial şəbəkəsindəki səhifəsində ironik şəkildə bildirib ki, növbəti yarışmada Bəşər Əsəd haqda mahnı oxuyarlar.
"Hesab edirəm növbəti müsabiqədə Əsəd (Suriya prezidenti Bəşər Əsəd-red) haqqında oxuyarlar. Nəqarəti məndən: "Əsəd qanlı, Əsəd ən pis". Mükafatı bizə verin ki, növbəti il biz yarışmaya ev sahibliyi edək" .
Mənbə: Milli.Az