Qadin.NET / 3 idmançımız Avropadan qızıl medallarla dönür

3 idmançımız Avropadan qızıl medallarla dönür

3 idmançımız Avropadan qızıl medallarla dönür
Rumıniyanın paytaxtı Buxarest şəhərində muay-yay WTKA versiyası üzrə Avropa çempionatı keçirilib.

"Report" xəbər verir ki, çempionatda Azərbaycanı 5 idmançıdan ibarət komanda təmsil edib. Böyüklərin yarışında - Abdulrəhman Abdullayev (54 kq), Alid Məmmədzadə (67 kq) və Fərid Məmmədzadə (70 kq), gənclərin yarışında isə Mirfaiq Qəniyev (51 kq) və Müslüm Salahov (60 kq) çıxış ediblər.
Gərgin mübarizədə 3 idmançımız kürsünün ən yüksək pilləsinə çıxaraq, Avropa çempionu adını qazanıb və ölkəmizə 3 qızıl medal gətirib. Bunlar Mirfayiq Qəniyev, Alid Məmmədzadə və Abdulrəhman Abdullayevdir.
Qeyd edək ki, komandanın baş məşqçisi və rəhbəri Şəhriyar İsayevdir.

Mənbə: Milli.Az

15 may 2016
GO BACK