Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, rəqs və animasiya şouları ilə bol olan gecədə modelyer Aleksandr Dodadonun işləri nümayiş etdirilib. Libaslarla podiuma çıxan modellər birinci olmaq üçün yarışıblar.
22 ölkədən gələn gözəllər müxtəlif libaslarda tamaşaçı və münsiflər qarşısına çıxıblar. 2 saat davam edən gecədə Cənubi Afrikadan gəən Andrea Abrahams birinci, moldovalı Kristina Qonçarova ikinci, ukraynalı Kateryna Laktionova isə üçüncü olub.
Mənbə: Milli.Az