Qadin.NET / Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı

Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı

Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı
Azərbaycan və Ermənistan yığması Lvov şəhərində Kunq-Fu və Uşu üzrə keçirilən Avropa çempionatından diskvalifikasiya olunub. Buna səbəb idmançılar arasında baş verən kütləvi davaya görədir.

Bu barədə ANS PRESS-ə Ukraynada davada iştirak etmiş idmançı Ellər Orucov və idmçançı Orxan Mehdiyevin xalası oğlu Aydın Tağıyev deyib. QalmaqalErmənistan yığmasının təxribata əl ataraq Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı”nı arenada qaldırılması ilə yaranıb. Məlumata görə, idmançımız Orxan Mehdiyev ¼ finalda erməni rəqibini məğlub edərək ½ finala adlayıb. Daha sonra daha bir idmançımız rinqə çıxıb. Lakin kənarda duran ermənilər O.Mehdiyevdən məğlubiyyəti həzm edə bilməyərək məşqçimizə və idmançılarımıza əvvəl söyüş söyüblər, sonra hücum ediblər. Döyüş sona çatmadan qarşılaşma dayanıb. Nəticədə, Azərbaycan və erməni heyətinin iştirakı ilə kütləvi dava başlayıb. İdmançılar da daxil olmaqla onlarla insanın iştirak etdiyi davada yarış keçirilən arenanın oturacaqları dağıdılıb. Lvov şəhərinin polis əməkdaşları hadisə yerinə gələrək münaqişəni sakitləşdiriblər. Ermənistan yığması azərbaycanlı idmançıları polisə şikayət ediblər. Yığma komandamızın Avropa çempionatından diskvalifikasiya olunmasınaGənclər və İdman Nazirliyi münasibət bildirib. Nazirliyinin mətbuat katibinin rəhbəri Səmayə Məmmədova ANS PRESS-ə verdiyi məlumata görə, Azərbaycan və Ermənistan yığmasını turnirdən kənarlaşdırılması haqqında rəsmən məlumat yoxdur. Onun sözlərinə görə, əgər belə bir qərar verilsə iki tərəfdə turnirdən çıxarılmaıdır. Əks halda, böyük konflikt yarana bilər.  Bu, ermənilərin son bir həftədə bayraqla bağlı törətdikləri ikinci təxribatdır.Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma Dağlıq Qarabağ rejiminin bayrağını yarışın keçirildiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub.

"Eurovision" mahnı müsabiqəsinin təşkilatçıları İveta Mukuçyanın yarışın yarımfinal mərhələsində tanınmamış “Dağlıq Qarabağ Respublikasının” bayrağını qaldırdığı üçün finalçılar siyahısından çıxarıla biləcəyini bildirib.Avropa Yayım Birliyi (AYB) Ermənistan ifaçısının təxribatı ilə bağlı bəyanat yayıb. Bəyanatda AYB və qurumun nəzarət qrupu Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib. Bəyanatda bildirilir ki, AYB  bu cür hadisələrin “Eurovision” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərəcəyini hesab edir. Nəzarət qrupu qaydalara əsasən Ermənistanın yayım hüququ olan “AMP TV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq.

 

Mənbə: ANS PRESS

14 may 2016
GO BACK