Qadin.NET / Gürcüstan müdafiə naziri Azərbaycana gəlib

Gürcüstan müdafiə naziri Azərbaycana gəlib

Gürcüstan müdafiə naziri Azərbaycana gəlib
Mayın 14-də Gürcüstanın müdafiə naziri xanım Tinatin XidaşelininAzərbaycana səfəri başlayıb.

ANS PRESS Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, xanım Tinatin Xidaşeli Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli görüşdə iştirak etmək üçün Qəbələyə gəlib.Tinatin Xidaşeli 1973-cü ildə Tiflisdə anadan olub. 1995-ci ildə Tiflis Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirib.  2016-cı ilin may ayından Gürcüstanın müdafiə naziridir. O, bu vəzifəni tutmuş ilk qadındır. 

Tinatin Xidaşeli Gürcüstan parlamentinin sədri David Usupaşvilinin arvadıdır.

Mənbə: ANS PRESS

14 may 2016
GO BACK