Qadin.NET / Havanın temperaturu 32 dərəcəyə qalxır

Havanın temperaturu 32 dərəcəyə qalxır

Havanın temperaturu 32 dərəcəyə qalxır
İstirahət günü ölkə ərazisində buludlu hava şəraiti müşahidə ediləcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam buludluluğun artacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16, gündüz 23-28, Bakıda gecə 13-15, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Mənbə: ANS PRESS

14 may 2016
GO BACK