Fotoda bəy və gəlinin prezident iqamətgahından gəlin maşını ilə çıxdığı görünür. Sadə bəzədilən maşını bəy özü idarə edir. Prezidentin qızı isə nişanlısının yanında əyləşib.
Gəlin maşını başqa avtomobillərin müşayiəti ilə iqamətgahı tərk edib.
Cütlüyün nikahı İstanbul Böyükşəhər bələdiyyə başçısı Kadir Topbaş tərəfindən kəsiləcək. Sümeyye Ərdoğanla Selçuk Bayraktarın nikah mərasimi bu gün İstanbulda yerləşən Yəhya Kemal Beyatlı Sərgi Mərkəzində baş tutacaq.
Məlumata görə, cütlüyün nikah şahidləri də tanınmış şəxslər olacaq. İddiaya görə, onlardan biri son zamanlar Ərdoğan ilə münasibətlərinin soyuduğu deyilən baş nazir Əhməd Davudoğludur. Prezident jest edərək istefa ərizəsi verən baş naziri şəxsən özü zəng edərək toya dəvət edib.
Mənbə: ANS PRESS