Qadin.NET / Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət etdi

Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət etdi

Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət etdi
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kiçik qızının toyudur. ANS PRESS-in məlumatına görə, Ərdoğanın qızı Sümeyye Ərdoğan və nişanlışı Selçuk Bayraktarın nikah mərasimi İstanbulun məşhur  mərkəzlərindən birində baş tutacaq. Toyla bağlı təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılsa da, artıq bəy və gəlinin ilk fotosu Türkiyə mətbuatında yayılıb. 

Fotoda bəy və gəlinin prezident iqamətgahından gəlin maşını ilə çıxdığı görünür. Sadə bəzədilən maşını bəy özü idarə edir. Prezidentin qızı isə nişanlısının yanında əyləşib. 

Gəlin maşını başqa avtomobillərin müşayiəti ilə iqamətgahı tərk edib. 

Cütlüyün nikahı İstanbul Böyükşəhər bələdiyyə başçısı Kadir Topbaş tərəfindən kəsiləcək. Sümeyye Ərdoğanla Selçuk Bayraktarın nikah mərasimi bu gün İstanbulda yerləşən Yəhya Kemal Beyatlı Sərgi Mərkəzində baş tutacaq.

Məlumata görə, cütlüyün nikah şahidləri də tanınmış şəxslər olacaq. İddiaya görə, onlardan biri son zamanlar Ərdoğan ilə münasibətlərinin soyuduğu deyilən baş nazir Əhməd Davudoğludur. Prezident jest edərək istefa ərizəsi verən baş naziri şəxsən özü zəng edərək toya dəvət edib. 

Mənbə: ANS PRESS

14 may 2016
GO BACK