MPT-76 "G-3 kimi təsirli, "Kalaşnikov" avtomatı kimi etibarlı, M-16 kimi praktik sayılır.
Milli.Az ANSPRESS-ə istinadən bildirir ki, Türkiyənin ilk milli hərbi MPT-76-nın seriya istehsalına MKEK Kırıkkale Silah Zavodunda başlanıb. 4 kilo 180 qram ağırlığında olan silahın təsirli atış məsafəsi 600 metr, dəqiqədəki atəş sayı 700 mərmi və güllənin ilk sürəti saniyədə 800 metrdir.
Teleskopik qundağa malik silahın lülə boyu 406 millimetr. Çəngəl ayağı eyni zamanda əl dayanacaq yeri olan silaha gecə görünüş durbini kimi hər cür cihaz taxmaq olar. Silah aksessuarları ilə birgə 413 hissədən ibarətdir. MPT-76 tüfəngi G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Türkiyə Quru Qoşunlarına təhvil verilib.
Mənbə: Milli.Az