Şöbə müdiri qeyd edib ki, layihənin Bakı, Sumqayıt, Gəncə, Qazax, Şirvan, Hacıqabul və Lənkəran, Astarada həyata keçirilməsi nəzərdə tutulur: "Layihə çərçivəsində transgenderlər arasında epidemioloji baxımdan vəziyyət, onlar arasında İİV-ə, o cümlədən hepatit B və C-yə yoluxma tendensiyası, həmin şəxslərin İİV-lə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi planlaşdırılır".
Onun sözlərinə görə, Azərbaycanda İİV-ə yoluxmaya görə 4 risk qrupu var ki, onlar da homoseksuallar, kommersiya seks işçiləri, məhbuslar və inyeksiyon narkotik istifadəçiləridir.
N.Zülfüqarov əlavə edib ki, əgər hər hansı qrup üzrə infeksiya faizi 5-dən yüksəkdirsə, onlar risk qrupları hesab olunur: "Onlar arasında müəyyən dövrdən bir kəşfiyyat-epidemioloji nəzarət layihəsi həyata keçiirilir. Sonuncu layihə bütün risk qrupları üzrə 2015-ci ilin fevral ayında bitib".
N.Zülfüqarovun sözlərinə görə, 2011-ci ildə küçə uşaqları arasında da kəşfiyyat-epidemioloji nəzarət proqramı aparılıb: "Çox sevindirici haldır ki, onlar arasında İİV-ə yoluxma halları aşkarlanmayıb. Küçə uşaqları cinsi əlaqə ilə daha tez - yetkinlik yaşlarında məşğul olduqlarına görə, onlar arasında sifilis, hepatıt B olsa da, İİV olmayıb".
Mənbə: Milli.Az