Milli.Az-a verilən məlumata görə, Stiv Koen bu yazısında eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq, Azərbaycanı ölkəsinin dəyərli müttəfiqi kimi xarakterizə edir və onlar arasında mövcud çoxşaxəli əməkdaşlıqdan söz açır.
Bu məqalə Qərb dairələrində müasir İpək Yolu, xüsusilə Trans-Xəzər Şərq-Qərb Nəqliyyat və Tranzit Dəhlizinə artan marağın növbəti nümayişidir. Xatırlatmaq lazımdır ki, yalnız bir neçə həftə öncə, 28-29 aprel tarixlərində Vaşinqtonda, ABŞ-ın tanınmış elm və təhsil müəssisələrindən olan Cons Hopkins Universitetində Azərbaycan tərəfinin təşəbbüsü və Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı Səfirlikləri ilə birgə Trans-Xəzər Dəhlizinə həsr olunmuş geniş konfrans təşkil edilmişdir.
Stiv Koenin məqaləsinin tam mətni ilə növbəti internet səhifəsində tanış olmaq mümkündür:
http://www.usnews.com/opinion/articles/2016-05-13/the-us-must-participate-in-central-eurasias-modern-silk-road
Mənbə: Milli.Az