Milli.Az ANSPRESS-ə istinadən bildirir ki, bu barədə "İnterfaks" agentliyi xəbər yayıb.
Məlumata görə, Ukrayna dövlət müəssisəsi "Antonov" Azərbaycana "An-178" tipli on yeni təyyarə satmağı planlaşdırır. Azərbaycanla yanaşı bu hərbi nəqliyyat təyyarələrindən ikisi də Çinə satılacaq.
Azərbaycana satılması planlaşdırılan nəqliyyat təyyarələrinin çatdırma müddəti və müqavilənin detalları hələ məlum deyil.
Mənbə: Milli.Az