Avropanın ən geniş miqyaslı tədbirlərindən olan və mütəmadi keçirilən "Eurovision" mahnı müsabiqəsinin finalına bir neçə saat qalıb. ANS PRESS bildirir ki, tənqidçilərin və bukmeykerlərin tərtib etdiyi favorit ölkələr siyahısında ilk yerlərdə Rusiya, Fransa, İsveç, Ukrayna, Avstraliya vəErmənistandır.Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli finalda səhnəyə 4-cü nömrə altında çıxacaq. Səmra 10 mayda keçirilmiş ilk yarımfinalda finala vəsiqə qazanıb.Finalın keçiriləcəyi "Globen" arenada yarışın finalına 10,5 mindən çox bilet satılıb. Arenada təhlükəsizlik tədbirləri gücləndirilib:rentgen qurğuları və dəmir detektorları quraşdırılıb. Tamaşaçıların çoxluğunu nəzərə alaraq "Globen" yaxınlığında yerləşən "Tele2" arenasında da yarışma nəhəng ekranlarda canlı nümayiş olunacaq. "Tele2" arenasının da 10 mindən çox bilet satdığı bildirilib.
Layihənin prodüsseri Krister Byerkmanın dediyinə görə bu ilki səsvermə fərqli üsulla aparılacaq. Səsvermə tamamilə gizli keçiriləcək, nəticə yalnız sonda elan olunacaq. Tamaşaçılara maksimum həyəcan söz verən layihə rəhbəri qaliblərin adının aşağı yerlərdən başlayaraq açıqlanacağını bildirib.Layihənin prodüsseri Krister Byerkmanın dediyinə görə bu ilki səsvermə fərqli üsulla aparılacaq. Səsvermə tamamilə gizli keçiriləcək, nəticə yalnız sonda elan olunacaq. Tamaşaçılara maksimum həyəcan söz verən layihə rəhbəri qaliblərin adının aşağı yerlərdən başlayaraq açıqlanacağını bildirib.Qalib hər il olduğu kimi növbəti dəfə yarışmanın təmsil etdiyi ölkənin ərazisində keçirilmə hüququnu qazanacaq. Ona klassik formalı büllur mikrofon hədiyyə olunacaq. 2008-ci ildən bu yana büllurun üzərinə hər il dəyişiklik edilir. Yarış mükafatının üzərində keçirildiyi şəhərin adı yazılır və ürək formalı "Eurovision" loqosunun içərisinə müvafiq ölkənin bayrağının rəngləri çəkilir.
Mənbə: ANS PRESS