Zahid Orucun hərbi xidmətlə bağlı daha bir təklifi isə ali təhsil alan gənclərin hərbi xidmətdə fərqləndirilməsini nəzərdə tutur. Millət vəkilinin fikrincə əgər hansısa bir ali ixtisası bitirən gənc öz sahəsinə uyğun qoşun növündə xidmət edərsə ordu həmin şəxsdən daha çox faydalana bilər.
Deputatın fikrincə belə olan halda riyaziyyat istiqamətli təhsil alanlar artilleriyada, tibb təhsili alanlar həkim kimi orduya daha çox dəstək ola bilərlər. Zahid Oruc hazırda hərbi xidmətə gedənlərin hansı qoşun növünə daxil edildiyini kompüter müəyyən etməsinin seçim prosesinə mane olmayacağı fikrindədir. Çünki belə bir seçimi proqram təminatında ayrı-ayrı qoşun növləri üzrə etmək elə də çətin bir proses deyil və şəffaflığa əngəl yaratmayacaq. Təklif mayın 17-də elm haqqında qanunun müzakirəsi zamanı gündəliyə çıxarılacaq.
Mənbə: Milli.Az