Qadin.NET / Ermənilərə məxsus 2 PUA məhv edildi

Ermənilərə məxsus 2 PUA məhv edildi

Ermənilərə məxsus 2 PUA məhv edildi
Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulmayıb.

Milli.Az bildiriri ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı deyiblər.

Bildirilib ki, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir.

Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib.

Mənbə: Milli.AZ

13 may 2016
GO BACK