Qadin.NET / Şəhid əsgərimiz dəfn edildi

Şəhid əsgərimiz dəfn edildi

Şəhid əsgərimiz dəfn edildi
Mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.

Milli.Az MN-in saytına istinadən bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!"Report"un məlumatına görə, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində şəhid Ərəbli Rahil Rafiq oğlunun dəfn mərasimi keçirilib. 

Azərbaycanın üçrəngli bayrağına bükülmüş şəhidin cənazəsi bu gün doğulduğu qəsəbəyə gətirilib. Dəfn mərasimində şəhər icra hakimiyyətinin rəsmiləri, şəhidin komandirləri və əsgər yoldaşları, doğmaları ilə yanaşı ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, yaylım atəş sədaları altında şəhid doğulduğu qəsəbənin qəbristanlığında torpağa tapşırılıb. Cənazəyə bükülmüş üçrəngli bayraq şəhidin atasına təqdim edilib.

Allah rəhmət eləsin!

Mənbə: Milli.Az

13 may 2016
GO BACK