Aprelin əvvəllərində gedən 4 günlük müharibə zamanı Azərbaycan silahlı qüvvələrinin geri aldığı torpaqların sahəsi açıqlanıb. ANS TV-nin verdiyi məlumata görə, “Şuşa” batalyonunun komandiri Jirayr Sefilyan Azərbaycan ordusunun təkcə təmas xəttinin şimal-şərq, Ağdərə-Tərtər, istiqamətində 7 milyon kvadratmetr ərazini geri ala bildiyini deyib.Sefilyan deyib ki, itirilmiş mövqeləri geri qaytarmaq üçün çoxsaylı çağırışlara baxmayaraq, hakimiyyət buna məhəl qoymur. “Rejim bütün çağırışlara cavab olaraq deyir ki, bu mövqelərin strateji əhəmiyyəti yoxdur və söhbət cəmi 100-200 metrdən gedir. Bu yalandır, faktiki itkilər çoxdur”, - deyən Sefilyan, Ermənistan hakimiyyətini xalqa həqiqəti deməyə çağırıb.Erməni səhra komandiri qeyd edib ki, tezliklə səfərbərlik elan etmək lazımdır. “Yoxsa Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq, 2-5 aprel hadisələri hələ başlanğıc olacaq”, - o bildirib.
Mənbə: ANS PRESS