"Formula 1" yarış avtomobillərinin mühərriklərinin "səsi" artıq eşidilir. Paytaxt sakinləri narahat olduqlarını deyiblər. Qala divarlarına da bu səsdən xələl dəyə bilər.
Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, dövlət qurumları narahatlığa heç bir əsasın olmadığını bildirib.
Paytaxtımızda keçiriləcək "Formula-1" Avropa Qran-Prisi sayəsində Azərbaycanı idman ölkəsi kimi dünyada tanınacaq. Formula bir trasının demə olar ki, bütün hissələri paytaxtımızın gözəlliklərini göstərməyə xidmət edir. Xüsusilə qədim Bakını. Yalnız bunun tariximiz üçün təhlükəli ola biləcəyi də müzakirə edilir.
Problemlərdən biri də oyunlar ərəfəsində yolda yaranacaq səs-küydür. Xüsusilə bu mənzillərdə yaşlı insanlara, uşaqlara təsir edə bilər. Həmçinin oyunlar vaxtı şəhər mərkəzinə avtomobillərin buraxılmaması paytaxt sakinləri üçün narahatlıq yaradacaq.
Dövlət qurumlar eləcə də həkimlər narahatlığa əsas olmadığını bildirib. Sürət maşınlarının keçidi zamanı yaratdıqları səs qısa müddət davam edəcəyindən insanlara mənfi təsiri gözlənilmir.
Sürət maşınlarının İçərişəhərin qala divarlarına eləcə də Yarış yolunun bütün hissələrindəki binalara təsir etməməsi üçün isə təşkilatçılar tərəfindən müvafiq tədbirlər görülüb.
Bundan başqa sürət avtomobillərinin keçəcəyi 6 km-lik yolboyu bardürlər düzülüb, hasarlar çəkilib. Bu da həm izləyicilərin, həm də pilotların təhlükəsizliyini təmin edəcək.
Mənbə: Milli.Az