Ukraynanın baş naziri Vladimir Qroysman və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz hərbi-texniki, ticarət, müdafiə və energetika sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsini perspektivlərini müzakirə ediblər.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında dərc olunmuş məlumatda bildirilir.
Vladimir Qroysmanın sözlərinə görə, hər iki ölkə, əsasən iqtisadiyyat və energetika sahələri daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensiala malikdirlər. Müdafiə sahəsində də əməkdaşlığın perspektivli olduğunu bildirən baş nazir bunun Ukraynanın müdafiə qabiliyyətliyinin artırılmasına kömək edəcəyini qeyd edib.
Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ölkəsinin Ukraynaya dəstək göstərməkdə davam edəcəyini bildirərək, ötən il iki ölkə arasında ticarət həcminin 4 mlrd dollara çatdığını vurğulayıb.
Mənbə: Milli.Az