Qadin.NET / İlham Əliyev Ramazan Abdulatipovla görüşdü

İlham Əliyev Ramazan Abdulatipovla görüşdü

İlham Əliyev Ramazan Abdulatipovla görüşdü
"Azərbaycan və Rusiya münasibətləri strateji əhəmiyyət daşıyır." ANS PRESS-in "İnterfaksa" istinadən verdiyi məlumata görə, bunu Azərbaycanda səfərdə olan Dağıstan prezidenti Ramazan Abdulatipovla görüşən prezident İlham Əliyev deyib."Dağıstan həmişə Azərbaycan üçün doğma yer olub və olacaq. Azərbaycan və Dağıstan arasındakı münasibət strateji əhəmiyyət daşıyan Rusiya-Azərbaycan əlaqələrinin inkişafında vacib rol oynayır".Ramazan Abdulatipovun Azərbaycana səfəri bu gün başlayıb. O, ölkəmizdə 12-13 may tarixlərində keçiriləcək Dağıstan mədəniyyəti günlərində iştirak etmək üçün gəlib. Bu gün Heydər Əliyev Sarayında mədəniyyət günlərinin açılış mərasimi baş tutacaq.Mayın 13-də isə nümayəndə heyəti Xaçmaz və Qusar rayonlarına səfər edəcək.

Mənbə: ANS PRESS

12 may 2016
GO BACK