Qadin.NET / Şəhidlərə görə Bakıda konsert proqramı ləğv edildi

Şəhidlərə görə Bakıda konsert proqramı ləğv edildi

 

Şəhidlərə görə Bakıda konsert proqramı ləğv edildi

"Aprelin əvvəlində cəbhə xəttində bizim ailələrimiz şəhidlər verib. Bu gün konsert proqramı nəzərdə tutulmayıb". ANS PRESS-in məlumatına görə, bunu gənclər və idman naziri, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsinin (AISGOC) baş icraçı direktoru Azad Rəhimov deyib.  IV İslam Həmrəyliyi Oyunlarına bir il qalması münasibətilə bu gün keçiriləcək geri sayım mərasimi zamanı heç bir konsert proqramı olmayacaq.

 

Bu gün aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın qırx mərasimidir.

Bu gün Bakıda 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının loqosu və brendi təqdim olunub. Loqo İslam dövlətlərinin tarixi, irsi və mədəniyyətini özündə birləşdirir. Brenddə İslam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə olunub. Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlərUNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib. 

Tədbirdən sonra mətbuat kofransı keçirilib. 

"İslam Həmrəyliyi Oyunları 2017"nin ilkin loqotipi və şüarı 2013-ci ilin may ayında təşkilat komitəsi tərəfindən hazırlanıb. Yarışmanın şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib. İlkin loqotipdə isə ornamentlər Azərbaycan bayrağı rənglərində təsvir olunub.

Mənbə: ANS PRESS

12 may 2016
GO BACK