Qadin.NET / Müdafiə naziri cəbhədə əsgərlərə yaradılan şəraitə baxdı

Müdafiə naziri cəbhədə əsgərlərə yaradılan şəraitə baxdı

Müdafiə naziri cəbhədə əsgərlərə yaradılan şəraitə baxdı
Cəbhə bölgəsində yeni tikilən hərbi hissə istifadəyə verilib. Müdafiə nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib.Müdafiə Nazirliyinin rəhbərliyi açılışda iştirak edərək yeni inşa edilən qərargah, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi, nəzarət-buraxılış məntəqəsi, əsgər yataqxanası, o cümlədən inzibati, xidməti, ideoloji, istirahət və silah otaqları, əşya və ərzaq anbarları ilə tanış olublar. 

Hərbi hissənin ərazisində daimi avtomatik generator quraşdırılıb, su, qaz, işıq və digər kommunikasiya xətləri təchiz edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən hərbi hissəyə yaxın kəndlərdə yaşayan və burada işlə təmin edilən mülki heyətlə görüşüb, onların şəraiti ilə maraqlanıb. Müdafiə naziri hərbi hissənin şəxsi heyətinə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Müdafiə naziri cəbhəboyu zonada ön xətt boyu yerləşən yeni hərbi hissələrin tikintisi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Mənbə: ANS PRESS

12 may 2016
GO BACK