O deyib ki, Moskva Bakı və İrəvanın münaqişənin həllində kompromis əldə edilməsi üçün dialoqa qayıtmaq addımlarını alqışlayır.
"Mən hələlik bu informasiya haqqında konkret heç nə deyə bilmərəm. Sözsüz ki, Moskva münaqişə rayonunda gərginliyin azalmasına, problemin danışıqlar yolu ilə həllinə yönəlmiş dialoqa qayıdış üçün olan istənilən addımı alqışlayır". ATƏT-in Minsk Qrupunun bu gün yayılan bəyanatında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşməsi barədə təklif səslənib. Görüşün növbəti həftə Vyanada keçirilməsi təklif edilir.
Həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) tərəfindən yayılan bəyanatda deyilir: "Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində gərginliyin təcili azalmasına ehtiyacı nəzərə alaraq biz hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada bu görüşü təşkil etməyə hazırdır".
Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İlham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.
Mənbə: ANS PRESS