Qadin.NET / Senatorlar prezidenti işdən çıxardılar

Senatorlar prezidenti işdən çıxardılar

Senatorlar prezidenti işdən çıxardılar
Braziliya prezidenti vəzifəsindən kənarlaşdırılıb. ANS PRESS-in məlumatına görə, Braziliya senatorları 20 saatdan artıq davam edən iclasda müzakirələr apardıqdan sonra ölkə rəhbəri Dilma Rousseffi müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıblar.

İclasın yekunlarının nəticələrinə görə, impiçmentin lehinə 55, əleyhinə 22 nəfər səs verib. Qanuna görə, parlamentin yuxarı palatasından olan 81 senatorun impiçment səsverməsində çoxluq təşkil edən hissəsinin rəyi bəyənilir.

İndi Rousseff 180 gün vəzifəsindən kənarda qalacaq. Onun vəzifəsini isə müvəqqəti olaraq vitse-prezident Temur Mişel icra edəcək. Daha sonra Senat ali məhkəmənin başçısının sədrliyi ilə xüsusi iclasında məsələyə yenidən baxacaq. O zaman Rousseffin məsələsi birdəfəlik həll olunacaq. Əgər parlamentin üçdə iki hissəsi impiçmentə səs versə, ölkə rəhbəri postunu birdəfəlik tərk edəcək.

Konqresə Rousseffin istefasını tələb edən Braziliya müxalifəti prezidentin vəzifədən getməsinə nail olmağa çalışır. Onu dövlət vəsaitindən istifadə və vergi pozuntularında ittiham edirlər. Dilma Vana Rousseff  1 yanvar 2011-cı ildən etibarən Braziliya Federativ Respublikasının prezidenti, sol İşçilər partiyasının üzvüdür. Daha öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşulub.  Bir neçə il Dilma gizli silahlı təşkilatların tərkibində olmuşdu. Elə buna görə də, 1970-ci ildə Dilma Rousseff həbs olunmuş və 1972-ci ilin sonunda arıqlamış və xəstə halda azadlığa buraxılmışdı. Həbsdən çıxdıqdan sonra yenidən siyasətə qayıdıb. 

Mənbə: ANS PRESS

12 may 2016
GO BACK