Qadin.NET / İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim olundu

İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim olundu

 İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim olundu
Bakıda 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının loqosu və brendi təqdim olunub. ANS PRESS-in  məlumatına görə, loqo  İslam dövlətlərini tarixi, irsi və mədəniyyətini özündə birləşdirir. 

Brenddə islam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə olunub. Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlərUNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq, idman növləri ilə eleqant şəkildə birləşdirilib. İslam Həmrəyliyi Oyunları 2017 İlkin loqotipi və şüarı 2013-ci ilin may ayında təşkilat komitəsi tərəfindən hazırlanıb. Yarışmanın şüarı "Həmrəylik bizim gücümüzdür"seçilib. İlkin loqotipdə isə ornamentlər Azərbaycan bayrağı rənglərində təsəvvür olunub.

Mənbə: ANS PRESS

 

12 may 2016
GO BACK