Qadin.NET / Qızılın qiyməti artdı

Qızılın qiyməti artdı

 

Qızılın qiyməti artdı

Neftin qiymətində yenidən artım müşahidə olunub. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Brent və Layt markalı neftlərin qiyməti artıb. İCE qitələrarası fond birjasında Brent markalı neftin bir bareli 1.62 dollar bahalaşaraq 47.21 dollar olub. Layt markalı neftin bareli isə 1.17 dollar artaraq 45,87 dollara çatıb. AzəriLayt markalı neftin bareli bir qədər ucuzlaşaraq 46,24 dollarda qalıb.ABŞ Energetika nazirliyi bildirib ki, 2016-cı ilin sonuna neftin bir barreli 50 dollara qədər qalxa bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu bəyanatla Energetika nazirliyinin rəsmisi Adam Syeminski çıxış edib.

 

Növbəti ilin əvvəlində artıq neftin bir barrelinin qiyməti 50 dollar olacağını qeyd edən Syeminski, indiki qiymətlərin ortalama 45 dollar olduğunu deyib.

"İlin sonunda neftin qiyməti 50 dollar olacaq".

Energetika nazirliyi bu artımın səbəblərinin müxtəlif olduğunu qeyd edib. İqtisadi göstəricilərin müsbət yöndə dəyişməsin, təchizatdakı axsamaların neftin qiymətinə təsir etdiyini bildirən nazirlik rəsmisi  həmçinin ABŞ-dakı neft hasilatının aşağı düşdüyünü bildirib.

Əlvan metalların qiymətində isə bahalaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın bir qramı bir 37 sent artaraq 41,15 dollar olub. Platinin bir qramı 34.30 dollar, palladiumun qramı isə 93 sent artaraq 19,64 dollara çatıb. Gümüşün qiyməti də bir qədər bahalaşaraq 0,57 dollarda 

Mənbə: ANS PRESS

12 may 2016
GO BACK