Qadin.NET / Ermənistan Azərbaycana başqa yol qoymur

Ermənistan Azərbaycana başqa yol qoymur

Ermənistan Azərbaycana başqa yol qoymur
“Azərbaycan heç nəyə baxmayaraq beynəlxalq normalara, qətnamələrə uyğun şəkildə torpaqlarımzı işğaldan azad etmək üçün böyük hərbi əməliyyatlara başlayacaq. Çünki başqa yolumuz olmur.”Bunu ANS PRESS-ə Milli Məclisin sabiq üzvü, politoloq Fikrət Sadıqov Ermənistanın baş naziri Ovik Abramyanın qondarma Dağlıq Qarabağ respublikasının tanınacağı barədə bəyanatına münasibət bildirərkən deyib.

Obramyan bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində “Aprel müharibəsi”ni təkrarlayarsa, rəsmi İrəvan “DQR”in müstəqilliyini tanıyacaq.

“Ermənistan prezidenti konkret şəkildə bəyan etdi ki, Azərbaycan hücumları və müharibəni davam etdirərsə, biz bu addımı atacağıq”, - Obramyan deyib.Son vaxtlar Ermənistan tərəfinin “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinitanıyacaqları barədə yüksək səviyyədə bəyanatlar verməsini Fikrət Sadıqov siyasi oyunların və təxribatın bir hissəsi olduğunu bildirdi.

“Rəsmi İrəvanın qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınacağı barədə açıqlamaları siyasi oyunlar və təxribatlardır. Rəsmi İrəvan DQR tanısa, bu o deməkdir ki, onlar ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə böyük nöqtə qoyurlar və Dağlıq Qarabağ münaqişəsi müzakirə predmeti olmayacaq.

Bundan sonra isə Azərbaycanın necə deyərlər əli-qolu açıqlacaq. Biz heç nəyə baxmayaraq, əməl etməyərək öz torpaqlarımızı hərbi yolla azad etməyə başlayacağıq. Sülh danışıqları artıq arxa plana keçəcək”, - Politoloq vurğuladı.

Torpaqlarımızı azad etməyə tam hüququmuzun olduğunu deyən F.Sadıqov bildirdi ki, əgər İrəvan bu variantı istəyirsə, bizə başqa yol qoymurlar.

Mənbə: ANS PRESS

11 may 2016
GO BACK