Nəhayət ki, Avropa Yayım Birliyi bu məsələyə münasibət bildirib.
Milli.Az xəbər verir ki, Qafqazinfo qurumun rəsmi saytına istinadən Avropa Yayım Birliyinin erməni təxribatı ilə bağlı yaydığı açıqlamanı tərcüməylə olduğu kimi təqdim edir:
"Avropa Yayım Birliyi (AYB) və yarışma üçün məsuliyyətli qrup olaraq 10 mayda keçirilən yarımfinal mərhələsində Dağlıq Qarabağ bölgəsinin bayrağının dalğalanmağı faktını qınayırıq. Belə bir görüntünün "Eurovision" yarışmasının imicinə zərər vurduğunu düşünürük.
Nəzarət palatası qaydalara uyğun olaraq erməni yayımcı AMPTV üçün qərar verib. Sözügedən sanksiyanın detalları palatanın ən geci iyun ayında baş tutacaq iclasında müəyyən ediləcək.
Dağlıq Qarabağ sərhədləri içində olan vəziyyətin, Azərbaycan və Ermənistan arasında olan gərgin münasibətlərin fərqindəyik. Bu qədər mübahisəli ərazilərin bayrağının yarışmada dalğalandırılması yolverilməzdir.
Bundan savayı, vurğulamaq istəyirik ki, AYB erməni deleqasiyasının qaydaları pozmasına qarşı sıfır tolerantlıq göstərir.
Nəzarət palatası bir daha qeyd edir ki, bu və ya gələcək illərdə, istənilən qayda pozuntusu ölkələrin "Eurovision"dan diskvalifikasiya (uzaqlaşdırılmasına) edilməsinə gətirib çıxara bilər".
Mənbə: Milli.Az