Qadin.NET / Köçəryan Qarabağda

Köçəryan Qarabağda

Köçəryan Qarabağda
Ermənistanın ikinci prezidenti Robert Köçəryan qondarma Dağlıq Qarabağa səfər edərək separatçıların lideri Bako Saakyanla görüşüb.

Qafqazinfo-nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə aprelin 2-dən 5-nə qədər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən müharibə və onun nəticələri müzakirə olunub.

Xatırladaq ki, aprelin 2-nə keçən gecə cəbhədə Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 31 hərbçisi qəhrəmancasına şəhid olub. 

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və onlarla zirehli texnikası sıradan çıxarılıb.

 

Mənbə: Milli.Az

 

11 may 2016
GO BACK