Qadin.NET / Bağdadda dəhşətli partlayış: 60 nəfər həlak olub, 100-dən çox yaralı var

Bağdadda dəhşətli partlayış: 60 nəfər həlak olub, 100-dən çox yaralı var

Bağdadda dəhşətli partlayış: 60 nəfər həlak olub, 100-dən çox yaralı var
İraq paytaxtı Bağdadın ətrafında yerləşən Mədinət-əs-Sədr rayonunda avtomobilə quraşdırılan bombanın partladılması nəticəsində 60-dan çox insan həlak olub, 100-ə yaxın yaralı var. 

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Qurbanların sayının artacağı ehtimal edilir.
Partlayış insanların çox olduğu rayon bazarının girişində törədilib.
İŞİD qruplaşması partlayışın məsuliyyətini öz üzərinə götürüb. 

Mənbə: Milli.Az

 

11 may 2016
GO BACK