Qadin.NET / Neft son 2 gündə durmadan bahalaşır

Neft son 2 gündə durmadan bahalaşır

Neft son 2 gündə durmadan bahalaşır
Neftin qiymətində yenidən artım müşahidə olunub. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Brent və Layt markalı neftlərin qiyməti artıb. İCE qitələrarası fond birjasında Brent markalı neftin bir bareli 2,2 dollar bahalaşaraq 45,59 dollar olub. Layt markalı neftin bareli isə 93 sent artaraq 44,70 dollara çatıb. AzəriLayt markalı neftin bareli üçün olan qiymət isə dəyişməyərək 46,93 dollarda qalıb.Əlvan metalların qiymətində isə cüzi bahalaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın bir qramı bir 7 sent artaraq 40,78 dollar olub. Platinin bir qramı 33,96 dollar, palladiumun qramı isə 40 sent artaraq 18,71 dollara çatıb. Gümüşün qiyməti də bir qədər bahalaşaraq 0,56 dollarda qərarlaşıb.AMB-dən ANS PRESS-ə verilən məlumata görə, 10.05.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5094 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində dəyişiklik qeydə alınmayıb. Avro 1.7168 manat, Rusiya rublu  0.0227 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqin dəyəri 2.1866 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5146 AZN dəyərində müəyyənləşib.

Mənbə: ANS PRESS

11 may 2016
GO BACK