Stokholmda keçirilən müsabiqənin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.
Hadisə ilə bağlı müsabiqənin prodüseri Sven Stojanoviç jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.Birinci yarımfinaldan sonra mətbuat konfransında İctimai Televiziyanın direktor müavini Şaiq Məmmədov öncə Səmra Rəhimlini finala çıxması münasibətilə təbrik edib və erməni nümayəndə heyətinin qondarma DQR bayrağını dalğalandırdığına görə etirazını bildirib.
Ş.Məmmədov “Eurovision” mahnı müsabiqəsinin qaydalarına zidd olan hər hansı bir hərəkətə görə ölçü götürülməli olduğunu bildirib. Qondarma DQR bayrağının müsabiqənin səhnəsində qaldırılmasının və buna icazə verilməsinin mahnı müsabiqəsinin qaydalarına tam zidd olduğunu və buna görə ciddi ölçü götürüləcəyinə ümid etdiyini bildirib
Mənbə: ANS PRESS