Qadin.NET / "WhatsApp"a kamera gəlir

"WhatsApp"a kamera gəlir

"WhatsApp"a kamera gəlir
Dünyada gün keçdikçə daha sürətlə yayılan ani mesajlaşma sistemi olan"WhatsApp" daha bir yenilik ərəfəsindədir. ANS PRESS-in məlumatına görə, artıq görüntülü danışmaq mümkün olacaq. 

Sistem ən böyük əksikliyi hesab edilən bu problemi aradan qaldırmaq qərarına gəlib. İnternetə sızan xəbərlərdən bəlli olur ki, bu yenilik qısa zaman ərzində reallaşacaq. 

"Facebook"un bir neçə il öncə 19 milyard dollara satın aldığı xidmətin videogörüntülü danışığa başlayacağı haqqında hələ ötən ilin sonlarından söz-söhbət yayılmışdı.

Hazırda bəzi istifadəçilər bu özəllikdən istifadə edirlər. Lakin bu, hələ test xarakteri daşıyır.

Bir neçə gün öncə isə sistemin kompüterlər üçün xüsusi tətbiq hazırlaması barədə xəbər yayılmışdı. Yəni kompüter qarşısında oturaraq "WhatsApp"la səsli və görüntülü danışıq mümkün olacaq. Bununla da mesajlaşma xidməti"Skype"a rəqib ola bilər. 

Bu gün səhərdən bu xidmət də istifadəyə verilib. Hələlik nadir istifadəçilər bu xidmətdən yararlana biləcək. Yaxın bir neçə həftə də isə hamı kompüteri ilə görüntülü əlaqə qura biləcək. Daha bir iddiaya görə, "WhatsApp"da geri dönüş üçün də imkan olacaq. Yəni vaxtında cavab verə bilmədiyiniz şəxslərlə bu düyməni sıxmaqla yenidən əlaqə yarada bilərsiniz. 

İddialara görə, "WhatsApp"ın Amerika və Kanadadakı ən böyük rəqibi BBM-dir. Populyar olan bu sistem də bir müddət öncə görüntülü danışıq xidmətini istifadəçilərin ixtiyarına verib. 

 

Mənbə: ANS PRESS

11 may 2016
GO BACK