Qadin.NET / Qarabağa xaç yürüşünün qurbanları

Qarabağa xaç yürüşünün qurbanları

 

Qarabağa xaç yürüşünün qurbanları

Mətbuatı dəqiq araşdırdıqda görmək olur ki, dörd günlük aprel döyüşləri zamanı Ağdərənin Talış kəndində qətlə yetirilmiş Xalapyan ailəsinin oğlu Qaqik Xalapyan valideynlərininin azərbaycanlılar tərəfindən öldürüldüyünə inanmır.ANS PRESS-in məlumatına görə, 1990-cı illərin əvvəlində 12 yaşı olarkən ilk dəfə Azərbaycan ordusunun döyüşlərinin şahidi olmuş Qaqik Xalapyan "Radio France İnternationale"nin (RFI), yəni "Beynəlxalq Fransa radiosu"nun əməkdaşı Yelena Qabrielyanla söhbətində 25 illik təcrübəsindən danışıb: "Burada həmişə atəş açıblar, amma postlarda. Əsgərlər ödürdü. Uşaqlarıma həmişə deyirdim ki, "o tərəfdə bizim qonşularımız azərbaycanlılar yaşayır, onlar dinc sakinlərə toxunmurlar". Evimizin qapısı həmişə açıq olardı, sənədlərimizbirbaşa evin qarşısında saxladığım maşında olurdu. Mənim heç ağlıma gəlmirdi ki, bu, baş verə bilər".Buna görə də, Qaqik Xalapyan müharibə illərində heç nədən qorxmadan 6 uşaq böyüdüb. Aprel döyüşləri günlərində o, atışma başlayarkən uşaqlarını və arvadını daha təhlükəsiz yerə keçirmək üçün kənddən çıxıb. Geri qayıdarkən onu erməni hərbçilər kəndə buraxmayıblar ki, təhdükəlidir. Amma o, icazə gözləmədən aprelin 3-də evlərinə qayıdıb və valideynlərinin meyitini tapıb.

 

Ermənistan tərəfi iddia edir ki, Xalapyanlar ailəsinin üzvlərini azərbaycanlılar öldürüb. Amma mətbuatda yayılmış şəkillərindən görünür ki, Qaqik Xalapyanın atası Valera və anası Razmella, həmçinin qohumu Marusya heç bir qorxu və həyəcan olmayan şəraitdə öldürülüblər. Yəni Valera kresloda oturmuş və Marusya divanda uzanmış şəraitdə otağın içindən vurulublar. Atəş anında Razmella mətbəxdən otağa keçirmiş. Yəqin ki, atəş açanlar onların yaxın tanışları, yaxud kəndin üstündəki postlardan geri çəkilən erməni əsgərlər olub ki, ailə üzvləri heç bir təlaş olmadan sakit vəziyyətdəymişlər. 

Mənbə: ANS PRESS

10 may 2016
GO BACK