Milli.Az bildirir ki, məsələ ilə bağlı Modern.Az saytı Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib ki, yayılan məlumatlar tamamilə yalan və əsassızdır:
"Bu barədə qeyri-ciddi saytlarda və sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə yalandır, şayiədir və heç bir əsası yoxdur"
Qurum rəsmisi bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama da yayılacaq:
"Belə əsaslandırılmamış məlumatlara inanmayın. Məsələ ilə bağlı rəsmi açıqlama da yayacağıq".
Nəcməddin Sadıqov 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini - Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.
2 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Mənbə: Milli.Az