Qadin.NET / Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı

Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı

Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı
Kanadanın dağ-mədən fəaliyyəti ilə məşğul olan "Lucara Diamond Corporation" şirkəti böyük almaz daşını 63 milyon ABŞ dollarına satıb.

Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, bu, indiyədək cilalanmamış qiymətli daş üçün ödənmiş ən böyük məbləğdir.Şirkətin almaza olan sahiblik haqları bununla kifayətlənməyib. Kanadaya məxsus şirkət qiymətli daşın cilalandıqdan sonra hər dəfəki satışından 10 faizlik gəlir əldə edəcək."Lucara Diamond" almazı ötən il Botsvanada aşkar olunub. Daşın çəkisi 813 karatdır (162.6 qram). Şirkət rəsmisi bildirib ki, Botsvanadan başqa bir almaz da tapılıb. Sözü gedən almaz daha böyükdür  və iyun ayında satışa çıxarılacaq.Daha əvvəl iri almaz Yakutiyada 2015-ci ilin dekabr ayında aşkar olunub. Tapılan almazın çəkisi 105.6 karat (21.12 qram) olub.Almaz Yakutiyanın Mirninski rayonunda "ALROSA" şirkətinə məxsus yataqdan tapılıb. Kristal Ayxal filizsaflaşdırma kombinatında aşkar edilib.Səkkizüzlü və sarı rəngli qaş keyfiyyətinə görə "4 Black Sawables 2 colour" qrupuna aiddir. Kristalın tərkibində cüzi miqdarda oliven, qrafit-sulfid qarışığı da var. Bu daşın qiyməti ilkin olaraq 2 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

Mənbə: Milli.Az

 

10 may 2016
GO BACK