Yuxu rejimi dünyanın ayrı-ayrı yerlərində müxtəlifdir. Kişilər və qadınlar arasında da yuxu rejimi fərqlilik göstərir. Araşdırmalar nəticəsində, qadınların kişilərdən 30 dəq çox yatdığı məlum olub.
Milli.Az Musavat.com-a istinadən bildirir ki, araşdırma Avstraliya, Belçika, Fransa, BƏƏ, Kanada və Hollandiyada yuxu vaxtının 8 saat və ondan yuxarı olduğunu göstərib. Yaponiya və Sinqapurda isə gecə yuxusunun 8 saatdan az olduğu bildirilir. İsveçrə, İngiltərə. ABŞ, İtaliya və Braziliyada gecə yuxusunun vaxtının 8 saatdan aşağı olduğu məlum olub. Qeyd olunub ki, Yaponiya və Sinqapurda ortalama yuxu vaxtı 7 saat 24 dəqiqə, Hollandiyada isə bu vaxt 8 saat 12 dəqiqədir.
Mənbə: Milli.Az