Milli.Az Axar.Az-a istinadən xəbər verir ki, məqalədə Dağlıq Qarabağ və ətraf rayonlar erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi qeyd olunur.
Bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş şəhər və rayonlarının adları dəyişdirilib. Rəsmi İrəvan Xankəndində mövcud olan marionet qurumun danışıqlarda tərəf olmasını tələb edir. Mülayim, anti-militarist səslər isə mühüm KİV-lərə çıxa bilmir.
Məqalədə vurğulanır ki, Ermənistan parlamentində yaxınlarda atom bombası hazırlayaraq Bakıya atmaq təklifi səslənib.
Məqalədə, həmçinin, Ermənistanın prezident administrasiyasının televiziyaya nəzarət etdiyi, ölkədə korrupsiyanın yüksək səviyyədə olduğu bildirilir. "Sərkisyan ölkənin ən varlı adamlarından biridir. O, 2018-ci ildə prezident müddəti bitdikdən sonra baş nazir kimi hakimiyyətdə qalmağa can atır", - qəzet qeyd edir.
Mənbə: Milli.Az