Mayın 25-də keçiriləcək görüşdə nominal meydan sahibi "Qarabağ” klubu olacaq. Final görüşünün başlama vaxtı ilə bağlı yaxın günlərdə qərar veriləcək.
Bu klublar ötən il Azərbaycan kubokunun finalında qarşılaşıb. Ötən ilAzərbaycan kubokunun qalibi finalda 3:1 hesabı ilə məğlub edən "Qarabağ" klubu olub. İndiyədək "Qarabağ" 7 "Neftçi" isə 8 dəfə Azərbaycan kubokunun finalına yüksəlib. "Neftçi" 6, "Qarabağ" isə 4 dəfə kuboku başı üzərinə qaldırıb.Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qarabağ” Azərbaycan çempionu adını rəsmiləşdirib. Qurban Qurbanovun yetirmələri səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq, tarixində dördüncü, ardıcıl isə üçüncü dəfə Azərbaycan çempionu olub.
Bu "Qarabağ"ın tarixində Premyer Liqada 4-cü çempionluğudur. Ağdam təmsilçisi ilk dəfə 1993, daha sonra isə 2013, 2014 və 2015-ci illərdə Azərbaycan çempionatının qalibi olub.
Mənbə: ANS PRESS