Qadin.NET / İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət etdi

İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət etdi

İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət etdi
"Mən həmişə sizi dəstəkləyirəm. Çalışıram ki, sizə öz köməyimi göstərim. Bayram ərəfəsində bütün veteranlara mükafat verildi. İldən-ilə mükafatları artırırıq". ANS PRESS-in məlumatına görə, bunu veteranlarla görüşündə prezident İlham Əliyev deyib. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. Onları Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev qarşılayıb. 

Veteranlar dövlət başçısına təşəkkür ediblər. "1000 manat, 500 manat. Hər şeyimiz var. Heç yerdə belə bir şey yoxdur. Sizi Mehriban xanımla birgə cəbhə xəttində görəndə ürəyim dağa döndü. Dedim, halal olsun sizə. Azərbaycan xalqı bəxtəvərdir ki, bizim belə Prezidentimiz, xanımlar xanımı Mehribanımız var. Allah sizi qorusun".

Prezident veteranları bu gün rəsmi ziyafətə də dəvət edib. O, ziyafətin Heydər Əliyev Mərkəzində olacağını deyib. "Mən sizi oraya dəvət edirəm. Gəlin, görüşümüzü orada da davam etdirərik".

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.

İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. 

Saat 09:38

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva 9 May - Qələbə günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Şəhidlər Xiyabanında yerləşən qəbirüstü abidəsini ziyarət edib. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Dövlət başçısı İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik etdilər.

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.

Ziyarətə dövlət və hökumət rəsmiləri, Milli Məclisin üzvləri, ictimaiyyət nümayəndələri də qatılıb.

Mənbə: ANS PRESS

9 may 2016
GO BACK