Qadin.NET / Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq

Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq

Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq
Bu gün Merkuri planeti Günəşin qarşısından keçəcək. ANS PRESS-in məlumatına görə, bu təbiət hadisəsi 21-ci əsrdə sadəcə 14 dəfə baş verəcək. Merkurinin Günəşin qarşısına keçməyini adi gözlə görmək mümkün olmayacaq. Hadisəni ancaq filtirli teleskopla görmək olar. 

Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir. Merkurinin Yer və Günəş arasına keçəcəyi bu hadisə noyabr, ya da may aylarında baş verir. Bu hadisə daha əvvəl 2006-cı ildə olub. Növbəti belə fakt isə 2019-cu ilin 11 noyabrına təsadüf edəcək.

Merkurinin Günəşin qarşısından keçməsi 7 saatdan çox çəkən bir prosesdir.Planetin Günəş qarşısından keçməsini qardaş ölkə Türkiyəninİstanbul Kandilli Rəsədxanasından da izləmək mümkün olacaq. Ankara Universitetinin professoru Selim Salam bildirib ki, təbiət hadisəsi Türkiyə vaxtı ilə 14:12 də (Bakı vaxtı ilə 15:12) başlayacaq. Saat 14:15 də Merkuri Günəş diskinin tamamilə içinə keçəcək, 17:57-də isə Günəşin mərkəzinə keçəcək. 21:42-də isə prosesin sona çatacağı gözlənilir. Planet günəş ətrafında 88 yer sutkası ərzində tam dövr edir. Bu planetdə praktiki olaraq atmosfer yoxdur. Buna görə də onun yarımkürəsi gündüz bərk qızır.

Merkuri Günəş Sistemi planetlərinin içində ən ekssentrik orbitə sahib olanıdır. O, fiziki xüsusiyyətlərinə görə Aya bənzəyir. Təbii peyki yoxdur və kütləsi Aydan azacıq böyükdür.

Mənbə: ANS PRESS

9 may 2016
GO BACK