Qadin.NET / Selfi sevgisi 150 illik heykəli parçaladı

Selfi sevgisi 150 illik heykəli parçaladı

Selfi sevgisi 150 illik heykəli parçaladı
Portuqaliyanın paytaxtı Lissabonda selfi çəkdirmək istəyən 24 yaşlı turist 150 ilə yaxın tarixi olan heykəli yerlə bir edib. ANS PRESS-in məlumatına görə, turist selfi çəkdirmək üçün Portuqaliya Kralı Dom Sebastiaonun heykəlinin üzərinə çıxmaq istəyərkən memarlıq nümunəsi yerə düşərək parçalanıb.Rossio qatar stansiyasındakı heykəli aşırdıqdan sonra qaçmağa çalışan turist saxlanılıb. Onun məhkəmə qarşısına çıxarılacağı bildirilir. “Independent”in yazdığı məlumata görə, Portuqaliya Memarlıq İdarəsi heykəlin nə zaman təmir olunacağını bilmədiyini söyləyib.


“Neo-Manueline” memarlıq üslubunda inşa edilən Rossio stansiyasının inşası 1890-cı ildə tamamlanıb. İndi isə xüsusi mühafizə altındadır.

Dom Sebastiao 1557-1578-ci illərdə Portuqaliyaya rəhbərlik edib. Kral 24 yaşında müsəlmanlara qarşı Xaç yürüşləri zamanı həlak olub.Lissabon Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. Avropanın ən rəngli paytaxtlarından biri olan Lissabon Roma və İstanbul kimi yeddi təpə üzərinə qurulub. 

1260-cı ildən bəri Portuqaliyanın paytaxtı olan şəhər XVI əsrda Portuqaliya İmperiyası zamanında ən şanlı dövrünü yaşayıb.

Mənbə: ANS PRESS

 

9 may 2016
GO BACK