Qadin.NET / Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır
London birjalarında həftənin ilk günü Brent markalı neftin bir barelinin qiyməti 46 dollar həddini keçib.  ANS PRESS-in məlumatına görə, mayın 6-da neftin qiymətinin bir bareli həftəyə 45.37 dollarla ötən yekun vurub. Brent markalı neftin qiymətinin iyul dəyəri  maksimum (Bakı vaxt ilə 02:31 də) 46.48 dollar həddində müəyyən edilib. Lakin sonra ani sıçayışla 45.81 dollar həddinə düşüb ki, Brent nefti Bakı vaxtı ilə 07:40-dan bu qiymətə satılır.Bloomberg agentliyi kotirovkalardakı artıma səbəb kimi Kanadanınneft hasil edən mərkəzində - Alberta əyalətində tuğyan edən meşə yanğınları və Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naiminin istefasını göstərir.

“Bazar  Kanadada baş verən yanğınlar səbəbindən ehtiyatlı davranır və həmin yanğınların regionun əsas neft istehsalına yaxın ərazilərdə baş verməsini nəzərə alaraq bir az yüksək qiymətləri dəstəkləyir”, - deyə "Bloomberg"ə Sidneyin “Fat Prophets Fat”agentliyinin analitiki  Devid Lennoks  şərh edib.

İyul ayına olan fyuçerslərdə Brent markalı neftin bir barelinin qiyməti 0.86 faiz artaraq 45,41 dollara çatıb. Eyni zamanda WTI markalı neftin qiyməti 1.34 faiz artaraq 44,80 dollar təşkil edib.“Financial Times”ın yazdığına görə, Böyük Britaniyanın konsaltinq şirkəti “Energy Aspects”in analitiklərinin hesablamalarına görə, Alberta əyalətində baş verən meşə yanğınları bu ölkədən ixrac edilən neftin sutkalıq 800 min barel azalmasına səbəb olub. Analitiklərin qiymətləndirmələrinə görə, vəziyyət qeyri-stabildir və gələcəkdə də müəyyən fasilələr gözləmək olar.Analitik Devid Lennoksun sözlərinə görə, bazara Ər-Riyadda baş verən hadisələr də təsir edir.

“Şübhəsiz ki, Səudiyyə Ərəbistanı siyasəti işləyir və biz hasilatın azalmasını ABŞ-da da müşahidə edirik. Neft ehtiyatlarındakı son vəziyyət, yəqin ki, ABŞ-a ciddi rəqabət aparmağa imkan verməyəcək”, - deyə analitik əlavə edib.

Mənbə: ANS PRESS

9 may 2016
GO BACK