Qadin.NET / "Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq birliyin səylərini tələb edir"

"Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq birliyin səylərini tələb edir"

"Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq birliyin səylərini tələb edir"
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Belarus Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

Diplomat qeyd edib: "Mən Azərbaycan xalqının ağrı-acısını anlayıram".

Səfir ümidvar olduğunu bildirib ki, münaqişə gələcəkdə bütün beynəlxalq mexanizmlərdən istifadə nəticəsində həll olunacaq: "Azərbaycanla sıx dostluq edən bir ölkə, strateji tərəfdaş kimi, Belarus münaqişənin tezliklə dinc yolla həllini arzulayır. Belaruslular müharibənin nə demək olduğunu bilirlər və biz istəmirik ki, hər hansı xalq yenidən müharibənin acısını yaşasın".

Mənbə: Milli.Az

9 may 2016
GO BACK