Qadin.NET / Twitter ABŞ kəşfiyyatına "yox" dedi

Twitter ABŞ kəşfiyyatına "yox" dedi

Twitter ABŞ kəşfiyyatına "yox" dedi
"Twitter" ABŞ kəşfiyyat orqanlarına sosial şəbəkədə dərc olunan məlumatların analizinə girişi məhdudlaşdırıb. ANS PRESS-in “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, belə bir xidməti “Dataminr” şirkəti göstərir.  “Dataminr” şirkəti iş adamları üçün sosial şəbəkələrdən (SŞ) məlumatları toplayaraq analiz etmək kimi xidmətlər göstərib. Son iki il ərzində şirkət həmçinin xüsusi xidmətlərlə əməkdaşlıq edib. Kəşfiyyat da bu məlumatlardan müxtəlif terror hücumlarından əvvəlcədən xəbərdar olmaq, potensial cinayət hadisələrinin qarşısını almaq üçün geniş istifadə olunub.“Dataminr” şirkəti noyabrda Parisdə baş vermiş terror aktı barədə ABŞ Mərkəzi Kəşfiyyatını əvvəlcədən xəbərdar edib. Brüsseldə həyata keçirilmiş hücumlar haqqında məlumatı isə KİV-lərdən əvvəl yaymışdı. "Twitter.Inc" şirkətinin bəyanatına görə, ictimaiyyətə əlçatan olan məlumatları ABŞ kəşfiyyatı və başqa digər qurum və şəxslər vasitəsiz əldə edə bilərlər.

Bir müddət əvvəl Microsoft şirkəti də ABŞ hökümətinə xüsusi xidmətlərin konstitusiyanı pozduğuna dair ərizə ilə müraciət edib. Şirkətdə hesab edirlər ki, hökumətin bəzi şəxslərin elektron ünvanlarını izlədiyini həmin şəxs mütləq bilməlidir. Həmçinin xüsusi xidmətlər digər elektron məlumatların və bulud xidmətlərinin də nəzarət altında olduğu haqda insanları xəbərdar etməlidir.  

Mənbə: ANS PRESS

9 may 2016
GO BACK