Qadin.NET / Kürdə qayıqçılar yarışırlar

Kürdə qayıqçılar yarışırlar

Kürdə qayıqçılar yarışırlar
Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Mingəçevir Kür Təlim Tədris İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən kayak və kanoe üzrə turnir təşkil olunub. Mingəçevir Şəhər Bələdiyyəsinin mükafatı uğrunda mübarizənin aparıldığı yarışın açılış mərasimi keçirilib. Çıxış edən qonaqlar və yarış təşkilatçıları idmançıları salamlayaraq onlara uğurlar arzulayıblar. Yarışda 70-ə yaxın yeniyetmə və gənc qalib adı uğrunda mübarizə aparır. İki gün davam edəcək yarışda uğur qazanacaq idmançılar medal, kubok və diplomla mükafatlandırılacaqlar.

Mənbə: Milli.Az

7 may 2016
GO BACK